Haqqımızda

OSCAR FİLM PRODUCTİON şirkəti 1999-cu ildə Yaşar Əhmədov tərəfindən yaradılıb. Şirkət ilk öncə klip və reklam çarxlarının istehsalı ilə məşğul olub. 2006-cı ildə rəsmi dövlət qeydiyyatından keçib. 2006-cı ildən başlayaraq bədii filmlər istehsal etməyə başlayıb. OSCAR film production-ın istehsalı olan filmlər:

"TÖVBƏ" Ssenari müəllifi: Yaşar Əhmədov,Rəşad Nuri. Rejissor:Yaşar Əhmədov. Operator:Təhmasib Məmmədov,Sərxan Musayev. Bəstəkar:Firudin Allahverdi. Montaj:İlham Yaşaroğlu. İcraçı prodüser:Elxan Ağayev. Baş prodüser:Yaşar Əhmədov. Yayım:ANS TV. 2007-ci ildə OSCAR FİLM PRODUCTİON-şirkətinin kollektivi,BAKI FİLM şirkətinin qurulmasında böyük əməkləri olub və elə həmin ildə BAKI FİLM şirkətində "QAYDASIZ DÖYÜŞ" (Qoç Döyüşü) serialının çəkilişlərinə başlanılıb.2008-ci ilin mart ayına qədər serialın 6 seriası çəkilib.Ssenari müəllifi:İlqar Fəhmi, Rejissor:Yaşar Əhmədov,Operator:Orxan Məmmədov,Bəstəkar:Zaur zeynal, Baş Prodüser:Vahid Mustafayev. 

2008-ci ilin mart ayında "OSCAR FİLM PRODUCTİON" Azərbaycan tarixində ilk dəfə.həftəlik bədii film istehsalina başladı.XƏZƏR TV-ilə bağlanmış müqaviləyə əsasən."YAŞANANLAR"Bədii filmlər silsiləsi.Layihəsinin istehsalına başlandı.Layihə çərçivəsində 5 Bədii Film istehsal olundu.İstehsal olunan filmlər."TAMAHKAR" Rejissor:Natiq Axund,Baş prodüser:Yaşar Əhmədov,"BÖHTAN" Rejissor,Baş Prodüser:Yaşar Əhmədov."NƏFS"Rejissor,Baş Prodüser:Yaşar Əhmədov."KOR HƏQİQƏT" Rejissor:Anar əliyev,Baş Prodüser:Yaşar Əhmədov."26 Nömrəli ev" Rejisor:Həbibə Mirzəyeva, Baş Prodüser:Yaşar Əhmədov. Filmlər XƏZƏR TV və LİDER tv də yayımlanıb. 

2008-ci ilin Oktyabrından etibarən "OSCAR FİLM PRODUCTİON" daha bir ilkə imza atdı.Şirkətin VƏTƏNSEVƏR kollektivi,Torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimiz haqqında sənədli-bədii filmlərin istehsalına başladı.Layihə ÖLÜMSÜZLƏR və sonra VƏTƏN SAĞ OLSUN adı altında XƏZƏR TV də yayıma başladı.Layihə çərçivəsində 23 Şəhidimiz haqqında sənədli-bədii filmlər istehsal olunub yayımlandı. 

2010-cu ildə OSCAR FİLM PRODUCTİON tariximizə önəm verdiyini bir daha təsdiqləyərək,1918-ci ildə Bakını və bütov AZƏRBAYCAN-nı erməni rus və ingilislərdən azad etmiş "QAFQAZ İSLAM ORDUSU" və ordunun komandanı NURİ PAŞA haqıında sənədli-bədii filmin istehsalına başladı.Filmdə xronikalarla birgə bədii səhnələr də yer aldı.Filmin bədii səhnələri Lənkəran rayonunda cəkildi.NURİ PAŞA obrazını,TARYEL ƏHMƏDOV,ƏLİAĞA ŞIXLINSKİ obrazını isə.LƏNKƏRAN DRAM TEATRININ aktyoru ƏLİBALA ƏSGƏROV canlandırıb.Film TRT-nin Bakı təmsilçiliyi,REGİONAL TV və CTV-nin dəstəyi ilə hazırlanıb.FilminTexniki dəstəyini CTV (CƏNUB REGİONAL TELEVİZİYASI) Geyim və rekvizit dəstəyini isə LƏNKƏRAN DRAM TEATRI-etmişdir.Filmin təqdimat mərasimi 15 sentyabr 2010-cu ildə (Bakının işğaldan azad olunma günü) PARK İNN otelində keçirilmişdir.Film TRT AVAZ,TRT 1,İCTİMAİ TV,XƏZƏR TV və CTV-dən yayımlanıb.

2012- ci ildə Şirkət ATV-nin sifarişi ilə “Məhkumlar” televiziya serialının istehsalına başladı. Serial 2012-ci ilin oktyabr ayından, 2013-cü ilin iyun ayına qədər 36 seriya olaraq ATV-nin efirində yayımlanıb. 

2013-2014 ci illər Şirkət yenidən ATV-nin sifarişi ilə “TOY GECƏSİ” televiziya serialının istehsalına başladı. Serial 2013-ci ilin oktyabr ayından, 2014-cü ilin iyun ayına qədər 36 seriya olaraq ATV-nin efirində yayımlanıb. 

Qeyd: “TOY GECƏSİ” serialı reytinq siralamasında ölkə üzrə Televiziya mövsümü boyunca 1-ci yeri tuturdu.

2014 cü ildə şirkət “ATV”-nin sifarişi ilə 16 seriyalıq “SƏNİ ÜRƏYİM SEVDİ” serialının istehsalına başladı. Həftə içi 3 gün yayımlanan serial 2014-2015-ci il televiziya mövsümündə yayımlanıb.

2015 ci ildən başlayaraq OSCAR production şirkəti gündəlik yayımlanan serial istehsalına keçid etdi. 2015-2016 ci il televiziya mövsümündə istehsal olunan və yayımlanan “DƏFNƏ AGACI” serialı Azərbaycan tv tarixində bir ilk oldu. Serial ümumilikdə 89 seriadan ibarət olub, həftə içi 4 gün ATV-nin efirində yayımlanırdı.

2016-2017 ci illərdə Şirkət ATV nin sifarişi ilə iki serialın birdən istehsalına başladı. “Günəşim OL” serialı ölkə tarixinin ilk regionlarda çəkilən serialı oldu. Paralel olaraq isə Bakı şəhərində “SƏN OLMASAYDIN” serialı istehsal olunurdu. Həftə içi 4 gün yayımlanan serialların hər biri 156 seriadan ibarət olub.

2017-2018 ci il Televiziya mövsümündə şirkət ATV nin sifarişi ilə “LALƏLİ SARAY” serialını istehsal edib. Serial ümümilikdə 157 seriadan ibarət olub.

Hal hazırda şirkət ATV və ARB televiziyalarının sifarişi ilə 2018-2019 cu ilin tv mövsümü üçün iki serialın “O GECƏ” və “UÇURUM” seriallarının istehsalına start verib. 

“O GECƏ..” Serialı Həftə içi hər gün saat 19:15-də ATV-də, “UÇURUM” Serialı isə həftə içi hər gün saat 22:15 də ARB TV -də yayımlanır.